Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) məlumat yayıb.
"Paylaşılan görüntü və videolar köhnə olub; planlaşdırılmış rutin təlim fəaliyyətlərinə aiddir. Aktual deyil. Mövcud regional münaqişələrlə də heç bir əlaqəsi yoxdur", - məlumatda bildirilib.
Qeyd olunub ki, köhnə görüntülərin yeni kimi təqdim edilməsi Türkiyənin bölgədəki sülhyönümlü mövqeyini zədələməyə və ölkəni mövcud münaqişələrin bir hissəsi kimi göstərməyə yönələn addımdır:
"Vətəndaşlarımızın, səlahiyyətli rəsmi orqanlar xaricindəki mənbəyi naməlum iddialara və təxribat məqsədi daşıyan manipulyativ məzmunlara etibar etməmələri önəmlə xahiş olunur".
Ordu.az