Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir

2026/03/1774766286.jpg
Oxunub: 359     19:26     31 Mart 2026    
Böyük Britaniya müttəfiqlərin müdafiəsini gücləndirmək üçün Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir.

Ordu.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.

Tədbirlər çərçivəsində Böyük Britaniya Səudiyyə Ərəbistanında "Sky Sabre" hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirəcək, həmçinin Qətərdə "Typhoon" qırıcılarının missiyasını uzadacaq.

Bundan əlavə, Bəhreyn və Küveytə əlavə bölmələr və HHM sistemləri göndərilib.

Hilinin sözlərinə görə, Böyük Britaniyanın ən yaxşı qüvvələri Fars körfəzi regionunda tərəfdaşların müdafiəsinə cəlb ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin