Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, bundan əvvəl onun qardaşı Mikayel Minasyan azadlığa buraxılıb və barəsində ölkəni tərk etməmək barədə qətimkan tədbiri seçilib.
Eyni iş üzrə adı hallanan erməni ictimai fəal Gevorq Gevorqyan da 5 milyon məbləğində girov qarşılığında azadlığa buraxılıb.
Daha əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, martın 29-da Müqəddəs Anna kilsəsində Paşinyanın iştirakı ilə insident baş verib. Onun mühafizəçiləri əvvəlcə yolu açmaq üçün insanları kənara itələyib, daha sonra isə yerində qalmaq istədiyini bildirən gənclə mübahisə yaranıb. Daha sonra polis əməkdaşları gəncləri zor tətbiq edərək kilsədən aparıblar.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxilə) ilə cinayət işi başlanıb.
Üç nəfər saxlanılıb. Saxlanılanlardan ikisi 18 yaşlı əkiz qardaşlar Davit və Mikayel Minasyan, üçüncüsü isə erməni ictimai fəal Gevorq Gevorqyandır.
Erməni vəkil Lusine Martirosyan bildirib ki, saxlanılan qardaşlar həbsdə saxlanılması ilə uyğun olmayan xəstəlikdən əziyyət çəkirlər.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, martın 29-da Müqəddəs Anna kilsəsində baş vermiş hadisə ilə bağlı başlanmış cinayət işi üzrə D.M. (Davit Minasyan) barəsində Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi və 452-ci maddəsinin 3-cü hissəsi ilə ittiham irəli sürülüb, M.M. (Mikayel Minasyan) barəsində 46-297-ci maddə (xuliqanlığa kömək) və 46-452-ci maddə (vəzifəli şəxsin fəaliyyətinə müdaxiləyə kömək) ilə, G.G. (Gevorq Gevorqyan) barəsində isə 46-297-ci maddə (xuliqanlığın təşkili) və 46-452-ci maddə (vəzifəli şəxsin fəaliyyətinə müdaxilənin təşkili) ilə ittiham irəli sürülüb.
Alpər Mövludoğlu
Ordu.az