Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri yazıb.
Nəşr qeyd edib ki, Vazgen Sahakyanın Zəngəzur vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı təklif Ali Məhkəmə Şurası tərəfindən 2026-cı il martın 12-də prezidentə təqdim olunub. Lakin Ermənistan prezidenti təyinat fərmanını imzalamayıb və məsələnin konstitusiyaya uyğunluğunu yoxlamaq üçün məhkəməyə müraciət edib.
Bəzi məlumatlara görə, namizədin etik keyfiyyətləri yüksək qiymətləndirilməyib, buna baxmayaraq, Ali Məhkəmə Şurası onun namizədliyini ciddi əsaslandırma olmadan irəli sürüb.
Ermənistan Konstitusiya Məhkəməsi müraciəti icraata qəbul edib. İş üzrə məhkəmə baxışı martın 31-də yazılı prosedurla başlamalı idi. Məruzəçi hakim Edqar Şatiryan təyin edilib. Cavabdeh tərəf qismində Ali Məhkəmə Şurası cəlb olunub.
Konstitusiya Məhkəməsinin hakimlərindən biri olan David Xaçatryan, daha əvvəl Ali Məhkəmə Şurasının üzvü olduğu üçün özünə etiraz edib. Məhkəmə həmçinin Ermənistan prezidentindən və şuradan əlavə sənədlər tələb edib.
37 yaşlı Vazgen Sahakyan mövcud məlumatlara görə hazırda heç bir yerdə çalışmır.
Alpər Mövludoğlu
Ordu.az