BMT Təhlükəsizlik Şurası Livanda sülhməramlıların ölümü ilə bağlı təcili iclas keçirəcək

2026/03/1773294419.jpg
Oxunub: 385     19:24     31 Mart 2026    
BMT Təhlükəsizlik Şurası Fransanın müraciəti əsasında çərşənbə axşamı Livanın cənubunda 24 saatdan az müddətdə üç sülhməramlının həlak olması ilə bağlı təcili iclas keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) bildirib ki, onların iki əməkdaşı bazar ertəsi baş verən partlayış nəticəsində, daha biri isə bazar günü mövqelərinə düşən mərmi zərbəsi nəticəsində həlak olub.

Hazırda BMT insidenti araşdırır. Hadisəyə görə kimin məsuliyyət daşıdığı hələ müəyyən edilməyib.

Sülhməramlı əməliyyatlar üzrə baş katibin müavini Jan-Pyer Lakrua bildirib ki, həlak olan üç sülhməramlı İndoneziya ordusunun hərbçiləri olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Livan  


Bizi "telegram"da izləyin