İran Türkiyə istiqamətində raket buraxılması ilə bağlı məlumatları təkzib edib

2026/03/1774965765.jpg
Oxunub: 457     18:02     31 Mart 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi və Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əraqçinin sözlərinə görə, İran ərazisindən Türkiyə istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər tamamilə əsassızdır.

O, regionda sülhə qarşı olan qüvvələr tərəfindən bu cür addımların təkrarlanmasını istisna etməyib.

“İran mehriban qonşuluq prinsipinə sadiqdir və Türkiyənin suverenliyi ilə ərazi bütövlüyünə hörmət edir, həmçinin bu cür halların araşdırılması məsələsində əməkdaşlığa hazırdır”, - deyə Əraqçi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Türkiyə  


Bizi "telegram"da izləyin