Ordu.az İsrailin “Maariv” nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetində keçirdiyi iclasda bildirib.
“Mən keçmişdə ərəb liderləri ilə gizli danışıqlar aparmışam. Onlara deyirdim: İran imkan tapan kimi sizi işğal edəcək və krallıqlarınızı devirməyə çalışacaq. O zaman bunun tam fərqinə varmırdılar. Bu gün isə artıq anlayırlar”, - o əlavə edib.
Ordu.az