ABŞ müharibə naziri: “Rusiya və Çinin İran məsələsində nə etdiyini dəqiq bilirik”

2026/03/1773148012.jpg
Oxunub: 545     17:47     31 Mart 2026    
“Rusiya və Çinin İran məsələsində nə etdiyini dəqiq bilirik və bu problemin həlli istiqamətində addımlar atırıq”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ müharibə naziri Pit Heqset bildirib.

“Bizim hərbi sənaye bazamız bu gün əvvəlkindən daha dinamikdir (İkinci Dünya müharibəsindən etibarən) və sürətlə böyüyür. Bunu İranla müqayisə edin, onun hərbi sənaye bazası demək olar ki, tamamilə məhv edilib”, - deyə o bildirib.

Heqset əlavə edib ki, bölgədə yerləşən amerikalı hərbçilərə “başlatdıqlarını başa çatdırmaq üçün” “daha çox bomba” lazımdır.

Onun sözlərinə görə, qarşıdakı günlər həlledici olacaq və “İran bunu bilir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Heqset  


Bizi "telegram"da izləyin