“ABŞ İranda quru qoşunlarının yerləşdirilməsini istisna etmir” - Heqset

2026/03/1772652779.jpg
Oxunub: 429     17:38     31 Mart 2026    
Vaşinqton İranla müharibədə heç bir ssenarini istisna etmir, o cümlədən quru qoşunlarının istifadəsini, lakin planların açıqlanması ordunu gözlənilməzlik üstünlüyündən məhrum edir.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset bildirib.

O, mətbuat konfransında deyib: “Biz heç bir variantı istisna etmirik. Müharibə aparmaq və qalib gəlmək mümkün deyil ki, öz addımların və ya niyyətlərin barədə, o cümlədən quru müdaxiləsi ilə bağlı əvvəlcədən rəqibə məlumat verəsən. Bütün məqam gözlənilməz olmaq və heç kimin nə etməyə hazır olduğunu və ya nə etməyəcəyini anlamasına imkan verməməkdir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   İran  


Bizi "telegram"da izləyin