Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin “Telegram” kanalında yayımladığı məlumata görə, o bildirib: “ABŞ hakimiyyətinin ritorikası İranın enerji və istehsal infrastrukturuna hücumla bağlı açıq təhdidlər ehtiva edir ki, bu da özlüyündə cinayətdir. Bu, beynəlxalq hüququn əsas prinsiplərinin və humanitar normaların açıq şəkildə pozulmasıdır”.
“Beynəlxalq ictimaiyyət buna qəti reaksiya verməlidir”, - deyə Əraqçi vurğulayıb.
Daha əvvəl ABŞ-nin prezidenti Donald Tramp bəyan etmişdi ki, tərəflər “yaxın vaxtlarda” atəşkəs və Hörmüz boğazının blokadadan çıxarılması ilə bağlı razılığa gəlməsə, ABŞ İranın bütün elektrik stansiyalarını, neft yataqlarını və Fars körfəzində yerləşən Xarq adasını məhv edəcək.
Sevinc Əliyeva
Ordu.az