Ordu.az xəbər verir ki. tədbirin əvvəlcə 2026-cı il noyabrın 18-dən 21-dək Cakartada keçirilməsi planlaşdırılırdı.
Sərgi bir daha təxirə salınaraq 2027-ci il mayın 12-dən 15-dək İndoneziyada keçiriləcək.
İndoneziya Milli Müdafiə Nazirliyi tərəfindən təşkil olunan “Indo Defence” Cənub-Şərqi Asiyada quru, dəniz və hava sahələrini əhatə edən ən böyük müdafiə və təhlükəsizlik sərgisi hesab olunur. Tədbir “Indo Aerospace” və “Indo Marine” ilə eyni vaxtda keçirilir və qlobal müdafiə sənayesindən beynəlxalq iştirakçıları, rəsmi nümayəndə heyətlərini və sektor təmsilçilərini bir araya gətirir.
Sevinc Əliyeva
Ordu.az