“Tramp İranla razılaşma bağlamağa hazırdır” - Heqset

2026/03/1774962585.jpg
Oxunub: 429     17:09     31 Mart 2026    
“ABŞ-nin prezidenti Donald Tramp İranla razılaşma bağlamağa hazırdır və sülhün şərtləri artıq Tehrana məlumdur”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.

O, jurnalistlər üçün keçirdiyi brifinqdə deyib: “Əgər İran kifayət qədər ağıllı olsa, razılaşma bağlayacaq”.

Nazirin sözlərinə görə, prezident Tramp razılaşmaya gedəcək: “O hazırdır. Və razılaşmanın şərtləri onlara, İran hakimiyyətinə məlumdur”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   ABŞ  


Bizi "telegram"da izləyin