Pentaqon: İranın raket və dron buraxılışlarının sayı minimuma çatıb

2025/10/1759853339.jpg
Oxunub: 433     16:52     31 Mart 2026    
Son sutka ərzində İranın buraxdığı raket və pilotsuz uçuş aparatlarının sayında ən aşağı səviyyə qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, ABŞ təkcə ötən gecə İrana 200 zərbə endirib.

"Zərbələrimiz İran hərbçilərinin əhval-ruhiyyəsini sarsıdır, kütləvi fərariliyə, əsas personal çatışmazlığına gətirib çıxarır. Təkcə ötən gecə biz 200 zərbə endirmişik. Bizim pilotlarımız uçuş zamanı real vaxt rejimində kəşfiyyat məlumatları əsasında yeni hədəf alırlar: yeni buraxılış qurğusu, yeni mövqe, qoşunların yeni düzülüşü", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   İran  


Bizi "telegram"da izləyin