Ordu.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib.
ISNA agentliyinin yaydığı bəyanatda deyilir: “İranın hücum taktikasının dəyişdirilməsi və yeni raket sistemlərinin tətbiqi, eyni zamanda müqavimət qüvvələri tərəfindən döyüş cəbhəsinin məntiqi və düşünülmüş şəkildə genişləndirilməsi döyüş meydanında keyfiyyət və strateji baxımdan dəyişikliklər vəd edir. Uzunmüddətli perspektivdə biz sionist rejimin və regionda ABŞ ordusunun qüvvələrinin tükədilməsinə çalışırıq ki, yekun döyüş və müsəlmanların işğal olunmuş Qüdsə doğru irəliləməsi üçün zəmin hazırlayaq”.
Sevinc Əliyeva
Ordu.az