BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 188 nəfərə çatıb

2026/03/1773472557.jpg
Oxunub: 382     16:12     31 Mart 2026    
BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 188 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə BƏƏ-nin məlumatında bildirilib.

Məlumata görə, bu gün BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İranın 12 raketini və 32 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

"Hərbi Hava Qüvvələri bu gün İrandan buraxılmış 8 ballistik raket, 4 qanadlı raket və 32 PUA-nı zərərsizləşdirib. İranın hücumları başlayandan bəri BƏƏ 433 ballistik raket, 19 qanadlı raket və 1 977 PUA zərərsizləşdirib. Bu hücumlar nəticəsində 2 hərbi qulluqçu ölüb", - məlumatda vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   İran  


Bizi "telegram"da izləyin