Qətər XİN: İran artıq bir çox “qırmızı xətlər”i keçib

2026/03/1773841970.jpg
Oxunub: 485     15:54     31 Mart 2026    
Qətər hesab edir ki, İran artıq əmirliyin infrastrukturuna hücum etməklə bir çox qırmızı xətləri keçib və buna cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Ordu.az xəbər verir ki, bu barədə baş nazirin müşaviri, Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

O, brifinq zamanı deyib: “Suverenliyimizə yönəlmiş təhdidlər və infrastrukturumuza hücumlar qırmızı xətlərdir və İran artıq onları keçib. Açığını desəm, bu “qırmızı xətlər”dən çoxunun qaldığını düşünmürəm”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   İran  


Bizi "telegram"da izləyin