Daşnaksütun İranın Ermənistandakı səfirliyinə humanitar yardım təqdim edib

2019/10/2-642-1572246066.jpg
Oxunub: 401     16:24     31 Mart 2026    
Bu gün “Erməni İnqilabi Federasiyası” (Daşnaksütun) Bürosu tərəfindən dərmanlar və tibbi ləvazimatlar İranın Ermənistandakı səfirliyinə təqdim olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Daşnaksütunun nümayəndəsi Ara Puluzyan “Yerkir.am”a müsahibəsində bildirib ki, bu humanitar yardım İran xalqına minnətdarlığın ifadəsidir. Onun sözlərinə görə, Ermənistan üçün çətin günlərdə qonşu və dost İran həmişə erməni xalqının yanında olub.

“Əlbəttə, heç bir yardım dost İran xalqının ağrısını azaltmayacaq, lakin biz insan olaraq, həkim olaraq əzab çəkən insanların yanında olmağa borcluyuq”, - deyə “Tonoyan” tibb mərkəzinin cərrahı, 44 günlük müharibənin iştirakçısı Henrix Marqaryan bildirib.

O qeyd edib ki, tibbi ləvazimatların seçilməsində onun müharibə təcrübəsi kömək edib.

Humanitar yardımı İranın Ermənistandakı səfirinin müavini qəbul edib və bu çətin günlərdə İran xalqının yanında olduqları üçün təşəkkürünü bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Daşnaksütun   İran  


Bizi "telegram"da izləyin