Hava hücumları nəticəsində İranda 24 tibb işçisi ölüb - Səhiyyə Nazirliyi

2026/03/thumb-1773469365.jpg
Oxunub: 397     15:19     31 Mart 2026    
28 fevraldan etibarən ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları nəticəsində 24 tibb işçisi ölüb.

Ordu.az bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verir.

Bildirilib ki, həmin müddətdə 114 tibb işçisi yaralanıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, ABŞ və İsrailin hücumları nəticəsində yaşı 5-dən az olan 17 uşaq, 18 yaşdan aşağı 216 yeniyetmə ölüb, yaşı 2-dən az olan 66 uşaq və 18 yaşdan aşağı 1,83 min yeniyetmə isə yaralanıb.

Nazirlik əlavə edir ki, indiyə qədər 249 qadın ölüb, 4,4 min qadın yaralanıb.

Eyni zamanda 53 təcili yardım mərkəzi, 44 tibb məntəqəsi, 212 səhiyyə mərkəzinə zərər dəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin