Keçmiş erməni döyüşçü Ermənistan İstintaq Komitəsindən azad edilib, ona qarşı 5 milyon girov tətbiq olunub

2026/03/1774952823.jpg
Oxunub: 388     15:55     31 Mart 2026    
Keçmiş erməni döyüşçü Gevorq Gevorqyan Ermənistan İstintaq Komitəsindən azad edilib və ona qarşı 5 milyon məbləğində girov qətimkan tədbiri seçilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, Ermənistanın “24News” nəşri daha əvvəl məlumat vermişdi ki, keçmiş erməni döyüşçü Gevorq Gevorqyan İrəvan şəhər istintaq idarəsində saxlanılır. Erməni vəkil Harutyun Bağdasaryan əvvəlcə onunla bağlı dəqiqləşdirmələr aparıb, daha sonra müdafiəsini üzərinə götürmək üçün vəkillik vəsiqəsini təqdim edib.

Bağdasaryandan başqa, erməni vəkil Ara Zakaryan da idarə daxilində olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gevorqyan   Ermənistan  


Bizi "telegram"da izləyin