Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi BMT-nin İnkişaf Proqramının hesabatına istinadən məlumat yayıb.
Ekspertlərin fikrincə, “Yaxın Şərqdə hərbi eskalasiyanın qısamüddətli mərhələsi belə bütün ərəb dövlətləri üçün dərin və geniş sosial-iqtisadi nəticələrə səbəb ola bilər”.
Onların qiymətləndirməsinə görə, regionda işsizlik səviyyəsi 4 faiz bəndi arta bilər ki, bu da təxminən 3,6 milyon iş yerinin itirilməsinə və 4 milyona yaxın insanın yoxsullaşmasına gətirib çıxaracaq.
Fars körfəzində yerləşən, Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına daxil olan ölkələr, yəni Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı isə hesablamalara görə ÜDM-in 5,2%-dən çoxunu itirə bilər.
Sevinc Əliyeva
Ordu.az