İspaniyanın xarici işlər naziri İran ətrafındakı münaqişənin nə sonunu, nə də məqsədlərini görür

2026/03/1774957485.jpg
Oxunub: 383     15:46     31 Mart 2026    
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, İran ətrafındakı münaqişənin nə sonu görünür, nə də onun aydın məqsədləri var.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Nə zaman baxımından, nə də konkret məqsədlər baxımından son görünmür”, - deyə diplomat “Radio Euskadi” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, “İspaniya ilk gündən etibarən gərginliyin azaldılmasına, danışıqlar masasına qayıdışa və dialoqa çağırır”.

“Ümid edirik ki, Pakistanın, Səudiyyə Ərəbistanının, Türkiyənin və Misirin vasitəçiliyi nəticə verəcək. Lakin eyni zamanda regionda hərbi qüvvələrin cəmləşməsinin şahidi oluruq. Bu, yaxşı heç nə vəd etmir”, - deyə Albares əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin