Mendel: “Zelenski 4 dəfə hərbi xidmətdən yayınıb, amma onu tez-tez Çörçill ilə müqayisə edirlər”

2026/03/1774957324.jpg
Oxunub: 390     15:35     31 Mart 2026    
Ukrayna prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel xatırladıb ki, Vladimir Zelenski dörd dəfə hərbi xidmətdən yayınıb.

Ordu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

Mendel qeyd edib: “Vladimir Zelenskini tez-tez Uinston Çörçill ilə müqayisə edirlər, lakin müəyyən fərqlər var. Uinston Çörçill Kuba müharibəsində (1895-ci il), Malakand kampaniyası zamanı (1897-ci il), Sudanda (1898-ci il), Anqlo-bur müharibəsində (1899-1900-cü illər) və Birinci dünya müharibəsi zamanı Qərb cəbhəsində döyüşüb. O, çoxsaylı hərbi mükafatlar alıb. Lakin Vladimir Zelenski vəzifəyə başlamazdan əvvəl dörd dəfə hərbi xidmətdən yayınıb. Görəsən, Çörçill buna nə deyərdi?”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mendel   Zelenski  


Bizi "telegram"da izləyin