Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş zamanı Asiya İnkişaf Bankı ilə birgə həyata keçirilən layihələr müzakirə olunub. Bu çərçivədə Ermənistan Baş nazirinin müavini bankın ölkə üçün əhəmiyyətli layihələrdə iştirakını yüksək qiymətləndirib. Xüsusilə özəl sektorla əməkdaşlığın vacibliyi vurğulanıb.
“Həmçinin insan kapitalının inkişafı istiqamətində həyata keçirilən islahatlar və mövcud çağırışlar müzakirə olunub.
Tərəflər regiondakı proseslər və “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) təşəbbüsünün yaratdığı imkanlar ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az