Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Ermənistanın Baş naziri Koyvunu məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib və Aİ-nin missiyasının ölkədəki fəaliyyətini yüksək qiymətləndirib. Nikol Paşinyan vurğulayıb ki, Ermənistan-Aİ münasibətləri dinamik inkişaf edir və demokratik institutların inkişafında Aİ-nin davamlı dəstəyi xüsusi əhəmiyyət daşıyır.
“Satu Koyvu göstərilən səmimi qəbula görə təşəkkür edib və Aİ-nin missiyasının fəaliyyəti barədə fikirlərini bölüşüb. O, Ermənistan hökumətinin tərəfdaşları ilə sıx əməkdaşlığın və aktiv dialoqun davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında sülhün təmin olunması, həmçinin regionda sabitliyin möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az