“İsrail təhlükəsizlik təmin olunmadan Livanın cənubuna sakinlərin qayıdışına icazə verməyəcək” - Kats

2024/12/1734591826.jpg
Oxunub: 569     15:03     31 Mart 2026    
“Hizbullah” silahlıları ilə münaqişə başa çatdıqdan sonra İsrail Cənubi Livan ərazisində bufer zona yaradacaq və Litani çayına qədər olan bütün ərazi üzərində nəzarəti saxlayacaq”.

Ordu.az xəbər verir ki, bu barədə çərşənbə axşamı İsrailin müdafiə naziri İsrael Kats bildirib.

Nazirin sözlərinə görə, “əməliyyat başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri Litani çayına qədər olan əraziləri, o cümlədən çay üzərindəki bütün qalan körpüləri nəzarətdə saxlayacaq, eyni zamanda həmin əraziyə daxil olmuş “Radvan” qüvvələrini məhv edəcək və oradakı bütün silahları sıradan çıxaracaq”.

Kats bu qərarı təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsinin nəticəsi kimi təqdim edərək bunu “təhlükəsizlik zonası” adlandırıb.

O qeyd edib ki, şimala təxliyə olunmuş 600 mindən çox Livan sakini İsrailin şimal bölgələrinin təhlükəsizliyi təmin olunana qədər Litani çayının cənubunda yerləşən ərazilərə qayıda bilməyəcək.

Bu məqsədlə “Livanın sərhədyanı kəndlərindəki bütün evlər Qəzzadakı Rəfah və Beyt Hanun modeli üzrə məhv ediləcək ki, İsrailin şimalında yaşayan əhali üçün sərhəd yaxınlığındakı təhdidlər tamamilə aradan qaldırılsın”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Katz   İsrail  


Bizi "telegram"da izləyin