“Telegraph”: Böyük Britaniyada dövlət qulluqçuları İran ilə müharibəyə görə distant iş rejiminin bərpasını istəyir

2026/03/1774945661.jpg
Oxunub: 368     14:28     31 Mart 2026    
Böyük Britaniyada dövlət qulluqçuları ABŞ və İsrailin İran ilə apardığı müharibə fonunda həyat xərclərinin artması səbəbindən evdən işləməyə icazə verilməsini tələb ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti Dövlət və Ticarət Xidmətləri Həmkarlar İttifaqına (PCS) istinadən məlumat yayıb.

Bu qurum təxminən 200 min dövlət qulluqçusunu və dövlət müqavilələri üzrə işləyən özəl şirkət əməkdaşlarını birləşdirir.

Həmkarlar ittifaqı əməkdaşların həftədə ən azı üç dəfə ofisdən işləməsini tələb edən qaydanın ləğvini istəyir. Təşkilatın bəyanatında qeyd olunur ki, Yaxın Şərqdəki münaqişə “onsuz da dolanışıqda çətinlik çəkən işçilər üçün xərclərin artmasına səbəb olur”.

PCS bildirir ki, İranda müharibə artıq avtomobil yanacağının bahalaşmasına gətirib çıxarıb, elektrik enerjisi haqlarının isə 20% artacağı proqnozlaşdırılır. Bundan əlavə, ərzaq məhsullarının bahalaşması və kredit faizlərinin artması gözlənilir.

Nəşrin məlumatına görə, hakim Leyborist Partiyası qaydaları dəyişməyə və pandemiya dövründə geniş yayılmış distant iş təcrübəsinə qayıtmağa meylli deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İran  


Bizi "telegram"da izləyin