Ordu.az xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandan müavini, general Əli Fədavi bildirib.
“ABŞ hesablamalarında səhvə yol verib. Onlar 3-5 gün ərzində nail olmalı olduqları məqsədlər müəyyən etmişdilər, lakin uğursuz oldular. Bunu bir çox Qərb analitikləri də təsdiqləyir. Amerikalılar düşünürdülər ki, İranı məhv edə bilərlər, indi isə daha sadə məqsədlər güdürlər. Hörmüz boğazı açıq idi, lakin ABŞ-nin səhvləri səbəbindən insanlar bütün dünyada ondan istifadə imkanından məhrum olublar. Bu boğaz qlobal iqtisadiyyat üçün əsas rol oynayır”, - deyə Fədavi İranın dövlət televiziya və radio kanalında bildirib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər “yaxın zamanda” atəşkəs razılaşması əldə olunmasa və Hörmüz boğazı açılmasa, ABŞ İranın bütün elektrik stansiyalarını, neft yataqlarını və Fars körfəzində yerləşən Xarq adasını məhv edəcək.
Sevinc Əliyeva
Ordu.az