İtaliya ABŞ-nin Siciliyadakı hərbi bazasından istifadəsinə icazə verməyib

2026/03/1774952294.jpg
Oxunub: 391     14:21     31 Mart 2026    
İtaliya ABŞ-nin Siciliya adasında yerləşən “Siqonella” hərbi bazasına girişinə icazə verməyib.

Ordu.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib, lakin informasiya gizli saxlanılıb. İtaliya Hərbi Hava Qüvvələrinin baş qərargahı müdafiə baş qərargahının rəisi Luçiano Portolanonu məlumatlandırıb ki, bir neçə ABŞ bombardmançısının uçuş planına “Siqonella” aviabazasında eniş daxildir.

Nəşr qeyd edir ki, İtaliya hərbi rəhbərliyi ilə əvvəlcədən məsləhətləşmələr aparılmayıb və uçuş planı ölkə hakimiyyətinə yalnız ABŞ təyyarələri artıq havada olduqdan sonra təqdim edilib.

Xatırladaq ki, daha əvvəl İspaniya da İran əleyhinə ABŞ əməliyyatları üçün öz hava məkanını və hərbi bazalarını bağlamışdı və bununla münaqişənin genişlənməsindən yayınmağa çalışmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   ABŞ  


Bizi "telegram"da izləyin