Ordu.az xəbər verir ki, bu barədə “Stratfor” analitik mərkəzi yazır.
Mərkəz qeyd edib ki, İran ilə müharibə ilə bağlı regional qeyri-sabitlik Azərbaycanı təhlükəsizlik sahəsində yüksək ayıq-sayıqlıq saxlamağa vadar edəcək. Bakı sərhəddə gücləndirilmiş qüvvə yerləşdirməsini davam etdirəcək və əsas enerji infrastrukturunun qorunmasını təmin edəcək, halbuki münaqişədə onun birbaşa iştirakı az ehtimal olunur. Eyni zamanda, enerji daşıyıcılarının qiymətlərinin artması ixrac gəlirlərini artıracaq, lakin ölkənin məhdud istehsal imkanları səbəbindən qazanc məhdud qalacaq. Qiymət artımı həmçinin Ermənistan ilə yanacaq ticarətini stimullaşdıracaq, çünki İrəvan quru təchizat üçün alternativ marşrutlar axtaracaq.
“Ermənistanın qütbləşmiş elektoratı iyun ayında seçkilərə gedəcək və bu seçkilər Azərbaycan ilə sülh prosesinin davam edib-etməyəcəyini müəyyən edə bilər. Baş nazir Nikol Paşinyanın yenidən seçilməsi onun Azərbaycan ilə əməkdaşlıq və Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində mandatını gücləndirəcək. Lakin müxalifətin uğuru halında Ermənistanın danışıqlardakı mövqeyi, o cümlədən konstitusiya dəyişiklikləri və Azərbaycan ilə münasibətlərin normallaşdırılması məsələlərində sərtləşə bilər.
Rusiya isə öz növbəsində Ermənistanda seçki gərginliyindən istifadə etmək üçün hibrid alətlərini, o cümlədən etiraz aksiyalarının təşviqi və həm səsvermə zamanı, həm də dərhal sonra siyasi qeyri-sabitliyin dərinləşdirilməsini işə sala bilər”, - deyə KİV vuğulayıb.
Alpər Mövludoğlu
Ordu.az