Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
“Biz israr edirik ki, münaqişə tərəfləri, xüsusilə ABŞ və İsrail dərhal və tam şəkildə hərbi əməliyyatları dayandırsın”, - deyə o, brifinq zamanı bildirib və İranda tarixi obyektlərin, o cümlədən UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş məkanların məhv edilməsini şərh edib.
Rəsmi nümayəndə qeyd edib ki, Çin tərəfi bu münaqişə zamanı tarixi dəyərlərin məhv edilməsindən “dərin kədər hissi keçirir”. Onun sözlərinə görə, hərbi əməliyyatlar dərhal dayandırılmalı, “qısa müddətdə dialoq və danışıqlara keçilməli və mümkün qədər tez bu müharibəyə son qoyulmalıdır, çünki bu müharibə baş verməməli idi”.
Sevinc Əliyeva
Ordu.az