Ordu.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” nəşri yazır.
Məlumata görə, Polşaya artıq təhvil verilmiş “Patriot” sistemləri üçün nəzərdə tutulan PAC-3 MSE raketlərinin ötürülməsi imkanları da nəzərdən keçirilir. Polşanın milli müdafiə naziri nümayəndəsi Yanuş Seymey nəşrə bildirib ki, “amerikalılar bu məsələdə heç bir təzyiq göstərmir”.
Hazırda Polşa ordusunun ixtiyarında “Patriot” hava hücumundan müdafiə sistemlərinin iki batareyası var və bunlara 16 buraxılış qurğusu daxildir. Sistemlər 2025-ci ilin sonlarında tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Müqavilə həmçinin Polşaya təxminən 200 ədəd PAC-3 MSE raketinin tədarükünü nəzərdə tutur və onların böyük hissəsi artıq ölkəyə çatdırılıb.
Sevinc Əliyeva
Ordu.az