“Hayakve”: Paşinyan özünün təhrik etdiyi insidentin iştirakçılarının cəzalandırılması barədə göstəriş verib

2026/03/1774787195.jpg
Oxunub: 390     12:57     31 Mart 2026    
“Hakimiyyətin icraçısına çevrilmiş hüquq-mühafizə sistemi uydurma maddələrlə 18 yaşlı iki məktəbli qardaş David və Mikayel Minasyanlara, eləcə də Qarabağ müharibəsi iştirakçısı Gevorq Gevorqyana qarşı ittiham irəli sürüb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayakve” birliyi bəyanat yayıb.

Bəyanata görə, aydındır ki, “Palm bazarı” günü Müqəddəs Anna kilsəsində baş verənlər hakimiyyət başçısı tərəfindən əvvəlcədən planlaşdırılmış təxribat olub və möminlərin dini hisslərinin təhqirinə yönəlib.

“Aydındır ki, təxribat uğursuz olduqdan sonra hakimiyyət başçısı yenidən qanunu pozaraq, məhz özünün təhrik etdiyi insidentin iştirakçılarının cəzalandırılması barədə göstəriş verib.

“Hayakve” hüquqi özbaşınalığın hədəfinə çevrilmiş bütün vətəndaşlarımızın hüquqlarını müdafiə etməkdə qətiyyətlidir, Gevorq Gevorqyana və Minasyan qardaşlarına tam dəstək verir və bu kobud qanun pozuntusuna görə məsul şəxslərin cəzalandırılması istiqamətində ardıcıl fəaliyyət göstərəcək”, - deyə bəyanatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Hayakve  


Bizi "telegram"da izləyin