Kir Starmer Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili müşavirə keçirəcək

2026/02/thumb-1770190618.jpg
Oxunub: 388     12:26     31 Mart 2026    
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və İsrailin İrana qarşı əməliyyatının iqtisadi nəticələrinə həsr olunmuş təcili müşavirə keçirəcək.

Ordu.az "Sky News"a istinadən xəbər verir ki, Britaniya hökumətinin başçısı COBRA komitəsinin iclasını çağırır.

İclasda münaqişənin iqtisadiyyata təsirini müzakirə ediləcək.

Məlumata görə, görüşdə həmçinin vəziyyətin effektiv monitorinqi və nəzarətin təmin edilməsi məsələsi nəzərdən keçiriləcək.

Daha əvvəl Kir Starmer müharibənin nəticələrinin aradan qaldırılması üçün birgə səylərin vacibliyini bəyan edərək, hökumətin bunun öhdəsindən təkbaşına gələ bilməyəcəyini vurğulamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Britaniya  


Bizi "telegram"da izləyin