Ordu.az xəbər verir ki, bu barədə “Qırmızı xətt” “Telegram” kanalı yazıb.
Kanal xüsusilə qeyd edib: “Hakimiyyətə gəlməzdən əvvəl borc yükü altında “əzilən” Ararat Mirzoyan kifayət qədər dəbdəbəli həyat tərzi ilə seçilir. Həftəsonu “Vətəndaş Müqaviləsi” partiyasının təşviqat kampaniyası zamanı Mirzoyan bahalı geyim geyinib, elit “Brunello Cucinelli” brendinə məxsus yun jilet Avropa onlayn mağazalarında 5.955 dollar və ya 2 milyon dramdan çox qiymətə satılır”.
Nəşrə görə, beləliklə, hakimiyyətə gəldikdən sonra o, artıq təxminən 112 milyon dram dəyərində elit daşınmaz əmlak əldə edib.
“2024-cü ildə Mirzoyanın həyat yoldaşı Qohar Abacyan isə Almaniyadakı “Michael Schmidt” avtosalonundan 2024-cü il istehsalı olan BMW markalı avtomobili 39.405,46 avroya alıb.
Maraqlıdır, Ermənistan təqaüdçüsünün təxminən 4 illik pensiyasına bərabər qiymətdə jilet geyinən Ararat Mirzoyan ölkədə korrupsiyanın olub-olmaması barədə nə düşünür. Yoxsa bu jileti də kreditlə əldə edib?”, - deyə KİV bildirib.
Alpər Mövludoğlu
Ordu.az