Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri məlumat yayıb.
KİV qeyd edib ki, lakin aksiya parlament sədri Alen Simonyanla bəzi iştirakçılar arasında baş verən insidentlə pozulub.
Nəşr bildirib ki, insident iştirakçılarından biri ictimai fəallığı və sosial şəbəkələrdə canlı yayımları ilə tanınan, peşəcə musiqiçi olan Mixayel Marqaryan, yəni Mika olub.
“O, “Hay Tğek” qrupundan tanınan Hayko, Hayk Marqaryanın qardaşı və çoxuşaqlı atadır. İnsidentdən sonra iki nəfər polisə aparılıb və onlardan biri məhz Mika olub”, - deyə müəllif vurğulayıb.
KİV-in təqdim etdiyi versiyaya görə, parlament sədri Alen Simonyan Dəmirçyan küçəsində aksiyaçı valideynlərlə görüşüb, bəziləri ilə söhbət edib və mühafizəçiləri ilə yoluna davam edib.
“Mika Simonyana yaxınlaşanda, sonuncu onun sualını belə eşitmək istəməyərək “onu dinləyəsi olmadığını” deyib. Bundan sonra Mika qışqıraraq “qaçdın, ayə” deyib. Bu sözlərdən əsəbiləşən Simonyan isə cavabında “ayə sənin babandır” ifadəsini işlədib. Mübahisə daha da qızışıb və küçə söyüşləri ilə müşayiət olunub.
Həmin gün axşam Alen Simonyan video yayıb və baş verənlərə izah verməyə çalışaraq qeyd edib ki, Mikanın övladları ilə onun uşaqları eyni məktəbdə oxuyurlar. Simonyanın sözlərinə görə, Mika onu məktəbdə, uşağın tədbiri zamanı da təxribata çəkməyə cəhd edib və hansısa video çəkib”, - deyə nəşr qeyd edib.
“İravunk”a yaxın mənbələrin iddiasına görə, Mixayel Marqaryan əslində böyük təxribat ustasıdır və qışqırtıları ilə hətta ən soyuqqanlı adamı belə özündən çıxara bilir.
“Hətta belə bir versiya da var: bu təxribat məqsədli şəkildə törədilib ki, valideynlərin uzun müddətdir davam edən aksiyaları kölgədə qalsın, halbuki hakimiyyət onların davam etməsindən yayınmağa çalışır”, - deyə KİV bildirib.
Alpər Mövludoğlu
Ordu.az