Ermənistanın ABŞ-dəki səfirinin qardaşı təqsirli bilinib, lakin cəza şərti tətbiq olunmayıb

2026/03/1774942252.jpg
Oxunub: 390     11:23     31 Mart 2026    
Fevralın 26-da hakim Hraçya Mexakyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyanın qardaşı Mkrtiç Mkrtçyan təqsirli bilinib və 1 il müddətinə azadlıqdan məhrum edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

KİV qeyd edib ki, lakin cəza şərti tətbiq olunmayıb və ona 1 il sınaq müddəti təyin edilib.

Nəşr bildirib ki, hakim Hraçya Mexakyan Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hayrapetyanın bacısı oğlu, Armavir şəhərinin keçmiş meri Ruben Xlğatyanın isə kürəkənidir.

Qəzet sual edir ki, qanunsuz silah saxlamaqda ittiham olunan tanınmış hakim partiya funksionerinin qardaşına dair işdə hakim tərəddüd içində olubmu?

Nəşr xatırladır ki, oxşar ittihamla Qarabağ müharibəsi iştirakçısı Aşot Minasyan 1 il həbs cəzası alıb və onun evindən 100 metr aralıda silah tapıldığı üçün artıq təxminən 4 aydır həbsdədir.

“Səfirin qardaşının işi üzrə məhkəmə yalnız şərti cəza tətbiq etməyib, həm də Baş Prokurorluq birinci instansiya məhkəməsinin qərarından şikayət verməyib və qərar bir neçə gün əvvəl qüvvəyə minib”, - deyə müəllif vurğulayıb.

Ermənsitan Baş Prokurorluğu nəşrə məlumatı təsdiqləyərək bildirib: “Prokurorluğun tələb etdiyi cəza ölçüsü məhkəmə tərəfindən tam şəkildə təmin olunub, buna görə də apellyasiya şikayəti verməyə ehtiyac qalmayıb”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mkrtçyan  


Bizi "telegram"da izləyin