Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Məlumata görə, anbar 2000 funtluq (907 kq) bunkerə qarşı bombalarla məhv edilib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində İsfahanda baş verən güclü partlayışların videosunu paylaşmışdı.
“Associated Press” agentliyi isə partlayışların Sofe dağının yaxınlığında, ehtimal olunan hərbi mövqelərin yerləşdiyi ərazidə baş verdiyini bildirib.
İsfahanda həmçinin ABŞ-nin iyun ayında bombaladığı uran zənginləşdirmə obyektlərindən biri yerləşir.
Sevinc Əliyeva
Ordu.az