Ordu.az xəbər verir ki, bu barədə BƏƏ-nin Dubay əmirliyinin media ofisi məlumat yayıb.
“Dubay hakimiyyəti təsdiqləyib ki, müdaxilə qrupları Küveyt neft tankerində baş verən yanğını uğurla söndürüb”, - deyə media ofisinin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.
Bundan əvvəl KUNA agentliyi Küveyt Neft Korporasiyasına istinadən bildirmişdi ki, Küveyt tankeri Dubay limanında hücuma məruz qalıb və hadisə nəticəsində xəsarət alan olmayıb.
***
Küveytə məxsus neft tankerinə endirilən zərbədən sonra baş verən yanğın söndürülüb.
Ordu.az xəbər verir ki, bu barədə BƏƏ-nin hakimiyyət orqanları məlumat verib.
"Müdaxilə qrupları Dubayın ərazi sularında Küveytin neft tankeri ilə bağlı insidenti uğurla lokallaşdırıblar, neft sızması baş verməyib, zərərçəkən yoxdur", - məlumatda bildirilib.
***
Dubay limanında (BƏƏ) İran qüvvələri neft tankerinə hücum edib.
Ordu.az xəbər verir ki, bu barədə Küveyt Neft Korporasiyası məlumat verib.
"Associated Press" isə məlumat yayıb ki, BƏƏ hakimiyyəti yanğının qarşısını almaq üçün çalışır.
Vurğulanıb ki, 24 heyət üzvünün hamısı təhlükəsizdir və xəsarət alanlar barədə məlumat yoxdur.
Britaniya ordusu tərəfindən idarə olunan Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi hücum barədə məlumat verərək gəminin Dubaydan 57 kilometr şimal-qərbdə olduğunu bildirib.
Naməlum mərmi tankerə sağ tərəfdən dəyib və nəticədə göyərtədə yanğın baş verib. Mərkəzdən verilən məlumata görə, ətraf mühitə heç bir mənfi təsir qeydə alınmayıb.
Sevinc Əliyeva
Ordu.az