Ukrayna qüvvələri Xarkov vilayətində rus hərbçilərini əsir götürüb

2026/03/1774897136.jpg
Oxunub: 518     22:56     30 Mart 2026    
Ukrayna hərbçiləri Rusiyanın 153-cü tank alayına məxsus bir qrup hərbçini Xarkov vilayətinin Kovşarivka yaşayış məntəqəsinə daxil olmağa cəhd edərkən əsir götürüblər.

Ordu.az xəbər verir ki, bu barədə 43-cü ayrıca mexanikləşdirilmiş briqadanın məlumatında deyilir.

Ukrayna tərəfi Rusiyanın Kovşarivkanı ələ keçirməsi ilə bağlı iddialarını təkzib edib və bildirib ki, bu məlumatlar real vəziyyəti əks etdirmir.

Briqada tərəfindən yayılan görüntülərdə kənddə Rusiya bayrağını qaldırmağa cəhd edən əsirlər nümayiş olunub.

Briqadanın motoatıcı taborunun komandiri Roman Kovalev bildirib ki, hücum nəticəsində dörd rus hərbçisi öldürülüb, altı nəfər isə əsir götürülüb. Onlardan dördü hadisə yerində, ikisi isə əvvəlki günlərdə tutulub.

Ukrayna tərəfi 153-cü tank alayına müraciət edərək gələcək hücumlarda daha çox sursat və ərzaq gətirməyi “məsləhət görüb”, çünki “əsirləri də qidalandırmaq lazımdır”.

Əvvəllər Rusiya qüvvələrinin Donetsk vilayətində yerləşən bəzi istiqamətlərdə irəliləyiş əldə etdiyi bildirilmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Xarkov  


Bizi "telegram"da izləyin