Bundan əvvəl Donald Tramp demokratları ABŞ üçün “İrandan sonra ikinci təhlükəli düşmən” adlandırmışdı. Demokratlar artıq payızda keçiriləcək Konqresin aralıq seçkilərinə hazırlaşırlar. Onlar həmin seçkilərdə “şərtsiz qələbə qazanacaqlarına” əmindirlər.
Martın 24-də Florida ştatının qanunverici orqanında boş qalan yer üzrə keçirilən seçkilər presedent hesab olunur. Seçkilərdə demokratların namizədi qalib gəlib.
Amerika mətbuatı bunu Donald Trampın “şəxsi məğlubiyyəti” hesab edir. Seçkilər Trampın şəxsi mülkünün yerləşdiyi, həftəsonlarını keçirdiyi bölgədə keçirilib. Məlumata görə, o, respublikaçı namizədin xeyrinə şəxsən təşviqat aparıb.
Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun baş elmi əməkdaşı Vladimir Vasilievin qiymətləndirməsinə görə, “bir nümunə Trampın “axsayan ördək” adlandırılması üçün kifayət deyil, ABŞ-nin daxili siyasi həyatı tez-tez gözlənilməz dönüşlər edir, lakin İran münaqişəsinin uzanması, şübhəsiz ki, onun reytinqini daha da aşağı salacaq”.
Görünür, İran ilə ABŞ arasında danışıqların başlanması istiqamətində diplomatik səylər davam edir. İsrail mətbuatı narahatdır ki, Tramp “istənilən an müharibənin başa çatdığını elan edə bilər”. “Ynet” nəşrinin siyasi şərhçisinin fikrincə, ABŞ prezidenti “artıq ən böyük güzəşti edib, Müctəba Xameneyinin hakimiyyətini tanıyıb”.
ABŞ prezidenti üçün həqiqətən də hər hansı qəti qərar qəbul etmək olduqca çətindir. Şərhçilərin əksəriyyəti birmənalı şəkildə bildirir ki, İrana qarşı “quru hərbi əməliyyatın nəticələri proqnozlaşdırılması çətin ola bilər”. Lakin diplomatik “qızıl orta”nı tapmaq, görünür, çox çətindir.
Beləliklə, İrana qarşı müharibə Tramp üçün ən ciddi sınaqdır və o, bu sınaqdan ya “qalxanla çıxacaq”, ya da “qalxanın üzərində çıxarılacaq”.
Asif Cəfərov
Ordu.az