Ukrayna HDQ: Rusiya Qara və Azov dənizlərinə demək olar ki, gəmilər çıxarmır

2026/03/1774893546.jpg
Oxunub: 441     21:54     30 Mart 2026    
Rusiya hərbçiləri Qara və Azov dənizlərində döyüş növbətçiliyi üçün gəmilərdən demək olar ki, istifadə etmir. Hazırda onların donanmasına məxsus heç bir gəmi dənizdə deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri sözçüsü Dmitro Pletençuk telemarafon efirində bildirib.

Onun sözlərinə görə, patrul fəaliyyəti yalnız BK-16, “Raptor”, “Qraçonok” kimi kiçik katerlərlə həyata keçirilir. Bu isə əsasən dənizə çıxarıla bilən və yüksək prioritet hədəf sayılmayan vasitələrdir. O qeyd edib ki, ötən ay bu cür katerlərin məhv edilməsi halları müşahidə olunub.

Xatırladaq ki, kəşfiyyat işğal olunmuş limanlar vasitəsilə resurs ixrac edən tanker və yük gəmilərinin siyahısını yayıb. Bu gəmilər Ukrayna taxılını və Rusiya neftini daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin