Ordu.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Əhməd əş-Şaraa bildirib ki, Suriya Avropa ilə əməkdaşlığı gücləndirməyə çalışır.
O, regionda baş verən hadisələrlə bağlı narahatlığını ifadə edərək vurğulayıb ki, Suriya bölgədə hərbi gərginliyin artmasını diqqətlə izləyir.
“Biz hesablaşmalar aparmaq üçün regionun döyüş meydanına çevrilməsi cəhdlərini qəti şəkildə rədd edirik”, - deyə Suriya lideri deyib.
Əş-Şaraa İsrailin Suriya ərazisində həyata keçirdiyi hücumları, həmçinin 1974-cü il tarixli Qüvvələrin Ayrılması Sazişinin pozulmasını pisləyib və beynəlxalq ictimaiyyəti öz öhdəliklərini yerinə yetirməyə çağırıb.
Bu açıqlamalar Suriya liderinin Almaniyaya ilk rəsmi səfəri zamanı səsləndirilib. Səfər çərçivəsində o, yüksək vəzifəli şəxslər və iş adamları ilə danışıqlar aparıb.
Sevinc Əliyeva
Ordu.az