Əl-Busaidi: "Oman Hörmüz boğazında gəmiçiliyin təhlükəsiz qalmasına çalışır"

2026/03/1774274904.jpg
Oxunub: 147     18:11     29 İyun 2026    
Oman Sultanlığı Hörmüz boğazında gəmiçiliyin hər kəs üçün təhlükəsiz və sərbəst qalmasına çalışır.

Ordu.az ISNA-ya istinadən xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr əl-Busaidi deyib.

"Biz Dəniz Hüququ Konvensiyasına sadiqik və hər hansı razılaşmaların çərçivəsindən kənara çıxmaması ilə bağlı İranla həmfikirik", - o deyib.

İranın tələb etdiyi rüsumlara da münasibət bildirilib: "Tranzit rüsumları ilə ölkələr, şirkətlərlə könüllü şəkildə müzakirə olunan dəniz və ekoloji xidmətlərə görə rüsumlar arasında fərq var".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Busaidi   Oman   Hörmüz  


Bizi "telegram"da izləyin