Keçmiş erməni səfir: “Paşinyan Rusiyanın altına mina qoyur”

2026/06/1782741654.jpg
Oxunub: 203     17:58     29 İyun 2026    
“Ermənistan hakimiyyətinin heç bir addımı təsadüfi deyil. Onların prioritet hədəfləri Rusiya və İrandır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın İndoneziyadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, erməni diplomat Dzyunik Ağacanyan deyib.

Keçmiş erməni səfirin sözlərinə görə, Ermənistanda hakimiyyətə gələn şəxslər “qlobal Qərb” tərəfindən dəstəkləniblər və onların əsas vəzifəsi həmin qüvvələrin planlarının həyata keçirilməsini təmin etməkdir.

“Ermənistanın hazırkı hakimiyyətinin atdığı heç bir addım təsadüfi deyil. Onların uzaq hədəfi, şübhəsiz ki, Çindir, lakin prioritet hədəfləri Rusiya və İrandır”, - deyə Ağacanyan bildirib.

Erməni diplomat hesab edir ki, Qərbin və Ermənistan hakimiyyətinin əsas məqsədi dünyada öz üstünlüyünü qorumaq və “resurs bazası” üzərində nəzarəti saxlamaqdır.

Onun sözlərinə görə, Moskva əvvəlcə rəsmi İrəvanın addımlarına kifayət qədər təmkinlə yanaşırdı və Ermənistan rəhbərliyini bacarıqsız hesab edirdi.

“Lakin sonradan Moskva vəziyyətin mahiyyətini anladı. Rusiya gördü ki, İrəvan sadəcə vaxt qazanmağa çalışır. Məqsəd Ermənistan iqtisadiyyatını yenidən formalaşdırmaq və Rusiya Federasiyasının maraqlarına zərbə vurmaqdır.

Ermənistan hakimiyyəti faktiki olaraq Rusiyanın altına mina qoyur. Bununla onlar həm Rusiyanın özünü, həm də Rusiyanın aparıcı qüvvə olduğu inteqrasiya strukturlarını təhlükə altına salırlar”, - deyə Dzyunik Ağacanyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Ağacanyan  


Bizi "telegram"da izləyin