Suriya İraq ərazisindən ABŞ hərbi bazasına hücumun qarşısını aldığını açıqlayıb

2026/03/1774781175.jpg
Oxunub: 398     14:41     29 Mart 2026    
Suriyanın müdafiə nazirinin köməkçisi Sipan Hamo bazar günü bildirib ki, ölkəsinin silahlı qüvvələri qonşu İraq ərazisindən buraxılan pilotsuz uçuş aparatlarının hücumunu dəf ediblər. Hücumun hədəfi Suriyadakı ABŞ-ın son hərbi bazalarından biri olub.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Bu gün daha əvvəl ərazimizdə yerləşən Kasrakdakı ABŞ bazası İraq ərazisindən buraxılan dörd pilotsuz uçuş aparatının hücumuna məruz qalıb”, - deyə Sipan Hamo “X” sosial şəbəkəsində bildirib və əlavə edib ki, “pilotsuz uçuş aparatları məhv edilib, itki yoxdur”.

Onun sözlərinə görə, baş verənlərə görə İraq məsuliyyət daşıyır və o, ölkənin sabitliyini təhdid edən hücumların təkrarlanmamasına çağırıb.

İraq fevralın 28-də ABŞ və İsrailin İrana qarşı zərbələrindən sonra alovlanan müharibəyə cəlb olunub və münaqişə Yaxın Şərqin böyük hissəsini əhatə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İraq   ABŞ  


Bizi "telegram"da izləyin