Rusiyadan Ermənistana İT xidmətlərinin ixracı 250 milyon dollara yaxınlaşıb

2026/03/1774763797.jpg
Oxunub: 461     09:54     29 Mart 2026    
Rusiyadan Ermənistana İT xidmətlərinin ixracı 2025-ci ildə təxminən 250 milyon dollara çatıb. Ermənistanın İT bazarının ümumi həcmi 2023-cü ildə təxminən 2,2 milyard dollar qiymətləndirilib.

Ordu.az xəbər verir ki, bu barədə İrəvanda keçirilən vebinar zamanı Rusiyanın ticarət nümayəndəsi Aleksey Ordin xatırladıb.

Proqnozlara görə, 2027-ci ilə qədər bazarın həcmi 40%-dən çox artaraq 3,1 milyard dollara çatacaq.

Ordin qeyd edib ki, Ermənistanda Rusiya İT həllərinə tələbat əsasən Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya proseslərinin inkişafı ilə bağlıdır. Xüsusilə söhbət logistika, sənaye əməkdaşlığı və əmək bazarı sahələrində sərhədlərarası rəqəmsal xidmətlərdən gedir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin