Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə regional təhlükəsizliyi müzakirə edib

2026/03/1774594777.jpg
Oxunub: 376     10:55     27 Mart 2026    
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri Akif Şağatay Kılıçla görüşüb.

Ordu.az xəbər verir ki, o bu barədə özünün "X" sosial media hesabında yazıb.

"Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla səmərəli görüşümüz oldu. Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir", - H.Hacıyev qeyd edib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin