“Hraparak”: Sasun Mikayelyanı qorxutmağa çalışırlar

2025/05/1747387291.jpg
Oxunub: 394     10:18     27 Mart 2026    
Bir neçə gün əvvəl Ermənistanın “Yerkrapah” hərbi təşkilatının sədri, hakim partiyanın üzvü Sasun Mikayelyan və “Yerkrapah” ilə bağlı ittihamlar barədə məlumatlar yayılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nərə görə, hələ ötən ilin əvvəlində “Yerkrapah” tərkibində sərhəddə xidmət etmiş və hazırda “Vanadzor” cəzaçəkmə müəssisəsində həbsdə olan bir nəfər müraciət edərək iddia edib ki, Sasun Mikayelyanın xəbəri ilə “Yerkrapah” sərhədçiləri əsgərlər üçün nəzərdə tutulmuş ərzaq və silah-sursatı postlardan çıxararaq ucuz qiymətə satıblar.

“Bundan əlavə, həmin şəxslərin narkotik vasitələrin satışı ilə də məşğul olduqları iddia olunur։ Hüquq-mühafizə orqanları bu müraciətdən təxminən 1-1,5 il sonra həbsdə olan şəxs ilə Mikayelyan arasında üzləşmə keçirməyə qərar veriblər.

Hakim partiyadanolan mənbələrimiz əmindir ki, Mikayelyana qarşı işin yenidən aktivləşdirilməsi şəxsən baş nazir Nikol Paşinyanın göstərişi ilə baş verib. Qərara gəliblər ki, partiyadaxili seçkilərin nəticələrinə görə “50-lik” siyahıya düşmüş, “şən avtobusun” “kədərli sərnişinlərindən” biri sayılan Sasun Mikayelyanı bir qədər “cəzalandırsınlar”.

Regionlara səfərlər zamanı canlı yayımlardan görünür ki, o, avtobusda daha çox formal iştirak edir və hətta bir dəfə Paşinyanın əl ilə ürək işarəsi göstərmək təklifini açıq şəkildə rədd edib”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mikayelyan   Ermənistan  


Bizi "telegram"da izləyin