Ermənistan KİV-i: “Gecənin naziri” olan Arsen Torosyan niyə Paşinyanın ən etibarlı kadrlarından biridir?

2026/03/1774591964.jpg
Oxunub: 343     10:09     27 Mart 2026    
“Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan, hökumət mənbələrinin bildirdiyinə görə, hələ də baş nazir Nikol Paşinyanın ən etibarlı və “əvəzolunmaz” nazirlərindən biri olaraq qalır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, onun səhiyyə sahəsində rəhbərlik etdiyi illər pis xatirələrlə yadda qalsa da və bəzi şəxslər tərəfindən “ölüm naziri” adlandırılsa da, Torosyan Paşinyanın partiyasının fəal fiqurlarından biridir.

“Joğovurd” qəzetinə hökumət mənbələrinin verdiyi məlumata görə, Paşinyan müxtəlif cinayət xarakterli məsələlərlə bağlı Torosyanla fikir ayrılığı yaşasa da, onun iş qabiliyyətini və operativ reaksiyasını yüksək qiymətləndirərək komandasında saxlayıb.

“Onsuz da Paşinyanın partiyasında ciddi kadr çatışmazlığı var və Torosyan kimi çevik məmur onun üçün çox dəyərlidir.

Qəzetə həmçinin maraqlı detal da bildirilib. Baş nazir öz iş üslubuna uyğun olaraq tez-tez nazirlərə gecə saatlarında belə məktublar göndərir. Eyni mənbələrin iddiasına görə, bəzən hətta gecə saat 3-4-də belə, həmin məktublara ən tez cavab verən nazirlərdən biri məhz Torosyandır”, - deyə KİV qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Torosyan   Paşinyan  


Bizi "telegram"da izləyin