Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Hədəfdə öz məhəllələrində ciddi təsirə malik olan, problemləri həll edən, belə demək mümkündürsə, “tasovşik” kimi tanınan məhəllə avtoritetləridir.
Axtarışlar silah və sursat axtarışı ilə bağlı cinayət işi çərçivəsində aparılsa da, mənbələrimiz bildirir ki, əsl məqsəd seçkilər ərəfəsində “xaroşinləri” qorxutmaqdır”, - deyə KİV qeyd edib.
Nəşrə deyilib ki, bu cür axtarışlar artıq bir həftədir başlayıb: hüquq-mühafizə orqanları avtoritetlərin ardınca gedir və izahat işi aparır ki, əgər seçkilər ərəfəsində onların əleyhinə fəaliyyət göstərsələr, cinayətkar subkulturaya qarşı mübarizə maddəsi ilə həbs olunacaqlar.
“Bəzilərinə isə dostcasına məsləhət verilib ki, əgər bizimlə deyilsinizsə, seçkiöncəsi və seçki dövründə xaricə gedib “dincəlsəniz” daha yaxşı olar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az